JMC Haqqında
Bu gün JMC-nin fəaliyyəti yalnız Çin bazarı ilə məhdudlaşmır. Marka 110 ölkə və regiona ixrac edir və qlobal bazarlarda geniş distribütor və servis şəbəkəsi ilə təmsil olunur. JMC-nin istehsal ekosistemində Bosch, ZF, BorgWarner, Denso, Continental, Valeo, Magna, Honeywell və digər tanınmış beynəlxalq təchizatçılarla əməkdaşlıq edilir. Şirkətin materiallarında qlobal təchizatçı şəbəkəsinin 480-dən çox şirkəti əhatə etdiyi qeyd olunur.
JMC-nin məhsul fəlsəfəsinin əsasını möhkəmlik, funksionallıq, texnologiya və müxtəlif yol şəraitinə uyğunluq təşkil edir. Şirkətin pikap və kommersiya avtomobilləri həm gündəlik istifadə, həm də daha tələbkar yol şəraitində istifadə üçün hazırlanır. Bu yanaşma JMC-nin qlobal bazarlarda, xüsusilə pikap və kommersiya avtomobilləri seqmentində mövqeyini möhkəmləndirməsinə imkan verib.
JMC Azərbaycanda
JMC avtomobilləri Azərbaycanda 2024-cü ildən etibarən rəsmi olaraq təqdim olunur. Markanın ölkəmizdəki rəsmi idxalçısı və distribütoru İMOTORS MMC-dir. JMC-nin Azərbaycandakı fəaliyyəti Grand Avenue və Vigus Plus modelləri ilə başlayıb və bu gün marka müxtəlif pikap modelləri ilə yerli bazarda təqdim olunur.
İMOTORS MMC müştərilərə JMC avtomobillərinin rəsmi satışı ilə yanaşı, satışsonrası xidmət, ehtiyat hissələri və istehsalçı zəmanəti imkanlarını da təqdim edir. JMC avtomobillərinə Azərbaycanda 5 il və ya 150 000 km rəsmi istehsalçı zəmanəti təqdim olunur.
JMC-nin Azərbaycandakı rəsmi satış və xidmət fəaliyyəti Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 57C ünvanında həyata keçirilir.