Rəsmi Zəmanət

JMC avtomobillərinə 5 il və ya 150 000 km rəsmi zəmanət təqdim olunur. Zəmanət əsas mexaniki, elektron və təhlükəsizlik sistemlərini, həmçinin zəmanət şərtlərinə daxil olan ehtiyat hissələrini əhatə edir.

Zəmanətə daxildir: mühərrik, sürətlər qutusu, elektron və təhlükəsizlik sistemləri, sükan və əyləc sistemi, amortizasiya sistemi, ön və arxa yarım oxlar, oynaqlar və sükan ucluqları, akkumulyator, çöl qayışları, ilişmə muftası (feredo), rezin oymaqlar, ksenon lampalar, qoruyucular, audio və multimedia sistemi, monitor, şüşə təmizləyən silgəclər, həmçinin interyerin plastik və dəri materialları.

Zəmanət istehsalçı tərəfindən müəyyən edilmiş şərtlər və istismar qaydalarına uyğun olaraq tətbiq edilir.